“Beşiktaş”dan yeni transfer həmləsi
02.07.2024 , 19:31
Transfer çalışmalarını davam etdirən “Beşiktaş” gündəminə daha bir futbolçunun adını gətirib.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisi “Empoli”də çıxış edən 27 yaşlı müdafiəçi Ardian İsmayıllı ilə maraqlanır.
Klub rəhbərliyinin yaxın zamanda futbolçu üçün rəsmi təklifin göndərəcəyi bildirilir.
Karyerasında “Hajduk Split” və “Spezia”da da çıxış edən İsmayılın İtaliya komandası ilə 2025-ci ilə qədər müqaviləsi var.