“Beşiktaş”ın transfer gündəmi
03.05.2023 , 15:51
Növbəti mövsüm üçün transfer çalışmalarına başlayan “Beşiktaş” heyətini gücləndirməyə hazırlaşır.
Korner.az xəbər verir ki, “qartallar” “Konyaspor”un futbolçusu Fransisko Kalvonu öz rənglərinə bağlamaq istəyir.
Bu barədə italiyalı jurnalist Fabrizio Romano məlumat yayıb. Jurnalistin yaydığı xəbərdə, “Beşiktaş”ın bu transferlə ciddi maraqlandığı bildirilir.