“Beşiktaş”ın oyunçusu Avropa nəhənglərinin hədəfində
07.02.2024 , 15:51
“Beşiktaş”ın hücumçusu Semih Kılıçsoy Avropa klublarının diqqətinə düşüb.
Korner.az xəbər verir ki, futbolçu ilə “Borussiya” “Atletiko”, “Arsenal” və “Yuventus” klubları maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Klublar mövsümün sonuna kimi Semihi izləyib, keçidini həll etməyi planlaşdıracaq.
