“Beşiktaş”ın futbolçusu “Latsio”nun hədəfində
03.07.2023 , 14:14

“Latsio” “Beşiktaş”ın portuqaliyalı ulduzu Gedson Fernandesi istəyir.
Korner.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Dərc edilən xəbərdə, Sarrinin israrla Gedson Fernandesi komandada görmək istədiyi bildirilib.
Bu mövsüm “Beşiktaş”da 36 oyun keçirən Gedson Fernandes 30 dəfə ilk 11-də yer alıb. 24 yaşlı futbolçu 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Mina Musayeva
