“Beşiktaş”dan Meksika klubuna?
04.06.2024 , 23:35

“Beşiktaş”ın hücumçusu Vensan Abubakar yeni iddia ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçunun karyerasını Meksikada davam etdirə biləcəyi gözlənilir.
İddiaya görə, “Tiqres” kamerunlu futbolçunu transfer etmək istəyir.
Meksika klubu oyunçunun meneceri ilə danışıqlar apardığı bildirilir.
