“Beşiktaş”dan “Fənərbağça”ya
15.05.2024 , 23:10

“Beşiktaş”la müqaviləsi başa çatacaq Cen Tosun yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Türkiyədə davam etdirmək fikrindədir.
Oyunçunun “Fənərbağça”ya keçəcəyi gözlənilir.
Tərəflər arasında yaxın zamanda danışıqların olacağı bildirilir.
