“Beşiktaş”dan Abubakar qərarı
31.05.2024 , 09:31

“Beşiktaş” futbolçusu Vincent Abubakar ilə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, İstanbul təmsilçisinin oyunçusu ilə Rusiyanın “Spartak” klubu maraqlanır.
Tərəflər arasında qısa zamanda rəsmi danışıqların olacağı bildirilir.
Bu mövsüm “Beşiktaş”ın heyətində 34 rəsmi oyuna çıxan Vinsent Aboubakar bu matçlarda 12 qol vurub, 3 məhsuldar ötürmə edib.
