“Beşiktaş”da sonuncu dəfə forma geyinəcək 3 futbolçu
27.05.2024 , 17:30

Super Liqanın 38-ci – sonuncu turunda “Beşiktaş” “Kasımpaşa”nın qonağı olacaq .
Korner.az xəbər verir ki, “ağ-qaralar”da bəzi futbolçuların son dəfə forma geyinməsi gözlənilir.
Raçid Qezzal, Uorrall və Umut Meraş bu gün “Beşiktaş”dan gedəcək.
Müqavilələri başa çatacaq təcrübəli futbolçuların klubla yollarını ayıracağı bildirilir.
Müqaviləsi bitəcək Umut Meraş üçün yeni təklif edilməyəcək.
“Beşiktaş” fasilədə “Nottingem Forest”dən icarəyə götürülən Uorralla da vidalaşacaq. Gözləntiləri doğrultmayan ingilis müdafiəçi ölkəsinə qayıdacaq.
