Son vaxtlar adı "Beşiktaş"la hallanan hətta "qara-qartallar"la razılığa gəldiyi bildirilən Xarvatiya millisinin baş məşqçisi Slaven Biliç yeni klubunun adını açıqladı.
Korner.az-ın məlumatına görə, Rusiyanın Moskva "Lokomotiv"ini çalışdıracaq olan Biliç yeni klubu ilə 3 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Slaven Biliç AÇ- turnirindən sonra Xarvatiya millisindən ayrılacaq.