“Beşiktaş” yeni baş məşqçini bu tarixdə açıqlayacaq
25.12.2023 , 11:56

“Beşiktaş” baş məşqçi axtarışını davam etdirir.
Korner.az xəbər verir ki, İstanbul klubunun idarəçiləri “Hatayspor” matçından sonra liqaya veriləcək fasilədə yeni çalışdırıcı ilə müqavilə imzalamağı hədəfləyib.
Bundan əlavə, klubun prezidenti Həsən Aratın yeni çalışdırıcı ilə 1,5 illik müqavilə bağlamaq istədiyi vurğulanıb.
