“Beşiktaş” və “Parma”nın hədəfindəki oyunçu
29.05.2024 , 23:26

“Beşiktaş” və “Parma” “Adana Dəmirspor”da çıxış edən fransalı yarımmüdafiəçi Eduard Miçutla maraqlanır.
Korner.az xəbər verir ki, növbəti mövsüm İtaliya A Seriyasında mübarizə aparacaq “Parma” 21 yaşlı yarımmüdafiəçini transfer etmək üçün hərəkətə keçib.
Xəbərdə, Miçut üçün “Adana Dəmirspor”a 2,5 milyon avroluq təklif etməyə hazırlaşan “Parma”nın futbolçunu keçidini tezləşdirmək istədiyi bildirilib.
Digər tərəfdən, “Beşiktaş”ın da qısa zamanda futbolçu üçün “Adana Dəmirspor”a rəsmi təklif göndərəcəyi diqqətə çatdırılıb.
Bu mövsüm “Adana Dəmirspor”da 25 rəsmi oyuna çıxan fransalı futbolçu bu matçlarda 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
