“Beşiktaş” portuqaliyalı hücumçu gətirir
01.05.2024 , 14:56

“Beşiktaş” yeni futbolçu axtarışına çıxıb.
Korner.az xəbər verir ki, yeni mövsümdə heyətinə hücumçu qatmağı fikirləşən “qara-ağlar”ın yeni hədəfi məlum olub.
Söhbət “Leypsiq”in oyunçu Andre Silvadan gedir.
Klub hazırda “Real Sosyedad”da icarə əsasında çıxış edən portuqaliyalı hücumçu ilə danışıqlara başlayıb.
Tərəflər arasında razılaşma baş tutarsa, oyunçu mövsümün sonunda Türkiyəyə gələcək.
Cari mövsüm İspaniya təmsilçisi ilə 23 oyuna çıxan Silva 3 qol vurub.
