“Beşiktaş” İtaliya klubundan futbolçu gətirir
08.02.2024 , 23:39

“Beşiktaş”ın yeni transfer hədəfi lum olub.
Korner.az xəbər verir ki, klub rəhbərliyi “Monza”da çıxış edən Roberto Qaqlyardinini heyətə qatmaq istəyir.
“Monza”dan hələlik cavab gəlməsə də, “Beşiktaş”ın futbolçu üçün təxminən 5 milyon avro büdcə ayırdığı və bu məbləği keçməyəcəyi bildirilir.
Cari mövsüm “Monza” üçün 22 rəsmi oyuna çıxan Roberto bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
