“Beşiktaş” “Ayaks”ın futbolçusunu istəyir
05.06.2024 , 10:30

“Beşiktaş” yeni transfer üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Berquisin adı yenidən klubun gündəmindədir.
Hollandiyalı futbolçu əvvəllər “Ayaks”dan ayrılmaq istəməsə də, bu dəfə fikrindən daşınıb.
Ötən mövsüm “Ayaks”ın heyətində 29 rəsmi oyuna çıxan Stiven Berquis bu matçlarda 8 qol vurub, 10 məhsuldar ötürmə edib.
