“Beşiktaş” 7 futbolçusu ilə vidalaşır
15.05.2024 , 23:58

Gələn mövsüm iddialı heyət qurmaq istəyən “Beşiktaş” yeni mövsüm üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, heyətində təmizlik işləri aparan klub 7 futbolçusu ilə ayrılmaq qərarına gəlib.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Xəbərə görə, İstanbul klubu Rachid Ghezzal, Joe Worrall, Valentin Rosier, Jean Onana, Ajdin Hasic, Javi Montero və Badra Cisse ilə vidalaşmağı planlaşdırır.
