“Beşiktaş” 3 futbolçusu ilə davam dedi
26.04.2024 , 18:11

“Beşiktaş”da üç yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi futbolçular – Emrecan Terzi, Göktuğ Baytekin və Yakup Arda Kılıçın sözləşməsini uzadıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Emrecan Terzi və Göktuğ Baytekinlə 2027-ci ilə kimi, Yakup Arda Kılıçınla isə 2028-ci ilə qədər müqavilə imzalanıb.
