Millimizin baş məşqçisi Berti Foqts bu gün Bəhreyn yığmasıyla yoxlama oyunundan sonra mətbuat konfransı keçirib.
Korner.az-ın məlumatına görə, almaniyalı mütəxəssis havanın isti olmasından şikayətlənib: “İsti hava da futbol oynadıq. Çətin oldu. Lakin bu qələbəmizi də həmin azarkeşlərə həsr edirik”.
Foqts komandasının oyunundan çox razı qaldığını deyib: “Elə bil 40 dərəcə istidə oynamırdıq. Futbolçular çox istəkli və əzmkar idi. Rəqibə heç bir şans vermədik”.
Bununla yanaşı, Foqts narazı da qalmayıb: “Müdafiədə müəyyən səhvlər oldu ki, dünya çempionatının seçmə mərhələsində İsrailə qarşı bu cür səhvlər etmək olmaz. Ümumilikdə düşünürəm ki, İsraillə oyun qabağı vacib qələbə qazandıq”
