Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov Gürcüstana yollanacaq. Korner.az-ın məlumatına görə, 47 yaşlı mütəxəssis yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsun göstərişinə əsasən “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstanın “Zestafoni” klubu ilə səfərdəki cavab oyununu izləyəcək. Matç sabah Zestafoni şəhərindəki David Abaşidze adına stadionda Bakı vaxtilə saat 22:00-da başlayacaq. (affa.az)
