Milli komandamızın baş məşqçisi Berti Foqts Avropa Liqasında mübarizə aparacaq "Xəzər Lənkəran"ın sabahkı "Nomme Kaıyu" ilə matçını canlı izləyəcək. Korner.az-ın məlumatına görə, almaniyalı çalışdırıcı milli üzvlərinin bir neçəsinin yer aldığı klubun oyununu Lənkəran şəhər stadionundan canlı izləyəcək.
Oyun sabah saat 20:00-da start götürəcək.
