."Portuqaliyaya qələbə dalınca gəlməmişik. Bunu futboldan başı çıxan adamlar yaxşı bilir. Sadəcə, bu cür qarşılaşmarda futbolçularımız müsbət təcrübə qazana bilərlər. Bu Azərbaycan futbolunun inkişafı üçün vacibdir. Komandamız sabah bütün gücüylə mübarizə aparacaq".
Korner.az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 11-də Portuqaliyaya qarşı başa tutacaq oyunla bağlı keçirdiyi mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis Portuqaliya ilə oyunda heyətdə dəyişikliyin olacağını və Kamran Ağayev haqda danışıb:
"Mahir Şükürovun yüngül zədəsi, Vaqif Cavadovun qızdırması var. Ona görə də dəyişiklik ola bilər. Kamrana gəlincə isə, onun klubsuz qalması böyük bir problemdir. Oyun təcrübəsi olmayanda futbolçu formadan düşür. Kamran yaxşı qapıçıdır. Təəssüflər olsun ki, futbol qaydalarına əsasən, 11 oyunçudan biri qapıçı olmadır.
