Futbol üzrə milli komandamızın baş məşqçisi Berti Foqts Polşa seçməsindən aldığı təkliflə bağlı yayılan xəbərlərə münasibət bildirib:
Korner.az-ın məlumatına görə, Almaniya jurnalistlərinin suallarını cavablandıran çalışdırıcı bu məlumatı eşitdikdən sonra olduqca təəccübləndiyini vurğulayıb:
"İsveçrədə olarkən bu xəbəri eşitdim. Və təəccübləndim. Bu barədə hələ tam olaraq heçnə deyə bilməyəcəm. Bu futboldur hər şey ola bilər. Əvvəlcədən heç nə demək olmaz. Azərbaycan millisi ilə 2 illik müqaviləm var.. Hələlik bu müqaviləmdə heç bir dəyişiklik yoxdur".
Xatırladaq ki, Berti Fotqsun Azərbaycan millisi ilə müqaviləsi 2013-cü ilin dekabr ayında başa çatacaq.
