21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Estoniyanı qonaq edib və 2:0 hesablı qələbə qazanıb. Korner.az-ın məlumatına görə, yığmamızın baş məşqçisi Bernhard Lippert qələbəyə belə şərh verib:
"İlk hissədən qətiyyən razı qalmadım. Futbolçular ancaq top ötürməklə məşğul olduqlarından rəqibə çətin anlar yaşatmırdılar. Ancaq ikinci hissədə aqressiv və sürətli futbol oynadıq. Bir neçə qol imkanı yaratdıq. Məni narazı salan əsas məqam hesabın daha böyük olmamasıdır".
