Benzema üçün əlamətdar oyun
13.04.2023 , 19:59
“Real” UEFA Çempionlar Liqasının 14 finalının ilk qarşılaşmasında “Çelsi”ni 2:0 hesabı ilə məğlub edib.
Korner.az xəbər verir ki, görüş Madrid klubunun hücumçusu Kərim Benzema üçün əlamətdar olub.
O, Madrid təmsilçisinin heyətində sözügedən turnirdə 130-cu oyununu keçirib.
Benzema bu göstərici ilə komandanın keçmiş hücumçusu Raul Qonzalesə çatıb.
Çempionlar Liqasında “Real”la 150 oyun sayı keçirən isə sabiq qapıçı İker Kasilyasdır .