Benzema “Real”dan ayrılır?
05.05.2023 , 18:25

Kərim Benzema mövsümün sonunda “Real”dan ayrıla bilər.
Korner.az xəbər verir ki, ulduz futbolçu ilə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu maraqlanır.
Səudiyyə təmsilçisinin hücumçuya yüksək məbləğdə müqavilə təklif etdiyi bildirilir. 35 yaşlı futbolçu isə qərarını hələ verməyib.
Bu mövsüm Madrid təmsilçisində ümumilikdə 37 oyun keçirən Kərim Benzema 29 qol vurub, 6 məhsuldar ötürmə edib.
