Benzema noyabr ayının ən yaxşısı seçilib
07.12.2018 , 10:16

Madrid “Real”ının futbolçusu Kərim Benzema İspaniyada noyabr ayının ən yaxşısı seçilib. 30 yaşlı hücumçu buna görə xüsusi mükafata layiq görülüb.
Benzema ay ərzində 4 oyuna 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransız futbolçu bu mövsüm cəmi 21 oyun keçirib və 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
La Liqada keçirilən 14 turdan sonda “Real” 23 xal toplayıb və turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
