Benzema niyə. “Əl İttihad”la Özbəkistana getməyib?
15.02.2024 , 12:06

Kərim Benzema “Əl İttihad” klubunun məşqçilər korpusu tərəfindən əsas heyətdən kənarlaşdırılıb.
Korner.az-ın məlumatına görə, buna səbəb onun komandanın baş məşqçisi Marselo Qalyardo ilə aralarında baş vermiş münaqişə olub.
Bu səbəbdən də Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin “Novbahor”la ilk oyunu üçün komanda ilə birgə Özbəkistana aparılmayıb.
