Benzema “Əl-İttihad”dan getmək istəyir
21.05.2024 , 12:20

“Əl-İttihad”ın hücumçusu Kərim Benzema klubundan ayrıla bilər.
Korner.az xəbər verir ki, ancaq Səudiyyə Ərəbistanı təmsilçisi futbolçunu buraxmaq istəmir.
Səudiyyə fondu Kərimə üç illik müqaviləyə görə 200 milyon avro ödəyəcək.
Bu mövsüm fransalı bütün turnirlərdə 29 oyun keçirib, 13 qol vurub və 8 məhsuldar ötürmə edib.
