Premyer Liqanın III turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Qarabağ”ı qəbul edəcək “Sumqayıt” klubu növbəti transferini reallaşdırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 1988-ci il təvəllüdlü əslən azərbaycanlı olan Erdal Çelik komanda ilə 1+1 sistemi üzrə müqavilə imzalayıb.
Karyerasına 2007-ci ildə “Alemannia Aachen” klubunda başlamış adı çəkilən futbolçu 2008-2011-ci illər ərzidə Leverkuzenin “Bayer” klubunda çıxış edib. Erdal adıçəkilən klubun II komandasında 31 qarşılaşmada forma geyinib. Mərkəz müdafiəçi mövqeyində çıxış edəcək futbolçu “Rot Weiss Ahlen”də 14 qarşılaşmada 1 qola imza atıb. Erdal son olaraq ötən mövsüm “Bucaspor”un formasını geyinib.
