“Bayer”in oyunçusu ən yaxşı seçildi
15.03.2024 , 20:35

Avropa Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu, “Bayer”in oyunçusu Patrik Şikdir.
O, səsvermədə Rafael Leao (“Milan”), Məhəmməd Salah (“Liverpul”) və Məhəmməd Kudusu (“Vest Hem) qabaqlayıb.
Patrik Şik ötən gecə “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda dubl edib.
