“Bayer”in Bakıda mətbuat konfransı keçirilməyəcək
05.03.2024 , 15:41

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Bayer” (Almaniya) oyunundan öncə təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı məlum olub.
Korner.az xəbər verir ki, “atlılar”ın baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 6-sı saat 13:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 17:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) “Azersun Arena”da keçiriləcək.
Qonaq komandanın Bakıda açıq məşqi və mətbuat konfransı keçirilməyəcək.
Qeyd edək ki, martın 7-də keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
