“Bayer”dən İspaniya klubuna
08.05.2024 , 23:11

“Bayer”in oyunçusu Florian Virts komandasından ayrılacaq.
Korner.az xəbər verir ki, futbolçu ilə “Bavariya”, “Arsenal”, “Mançester Siti” və “Real” maraqlanır.
İspaniya nəhəngi oyunçu üçün 150 milyon avro ödəməyə hazırdır. Bundan başqa futbolçunun “kral klubu”na keçidi 2025-ci ildə baş tuta bilər.
Virts cari mövsüm “Bayer”in forması ilə bütün turnirlərdə 45 oyuna çıxaraq 18 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb.
