“Bayer” – “Qarabağ”: hakim təyinatları açıqlandı
12.03.2024 , 23:00

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarında “BayArena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” qarşılaşmasının hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək.
Matçın baş hakim Entoni Teylor olacaq. Ona yan xətt hakimləri Qari Besuik və Adam Nann kömək edəcəklər. Dördüncü hakim funksiyasını Endryu Medli yerinə yetirəcək.
