“Bavariya”ya “yox” dedi
04.03.2024 , 11:09

“Bavariya”nın futbolçusu Camal Musiala komandası ilə yollarını ayıra bilər.
Korner.az xəbər verir ki, oyunçu Münhen klubu ilə müqaviləsini yeniləmək istəmir.
Almaniya mətbuatı yazır ki, “Bavariya” rəhbərliyi 21 yaşlı futbolçuya müqaviləsinin yenilənməsini təklif edib.
Lakin Musiala bu təklifi qəbul etməyib. Hazırda futbolçu ilə “Mançester Siti” və “Liverpul” maraqlanır.
