“Bavariya”nın oyunçusu qərarını verdi
21.05.2024 , 22:10

“Bavariya”nın oyunçusu Saça Boey gələcəyi ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, futbolçu növbəti mövsümdə də komandada qalmaq istəyir.
“Sky Sport”da çıxan xəbərdə, 23 yaşlı fransalı müdafiəçinin özünü sübut etmək istədiyi və transfer xəbərlərinə əhəmiyyət verməyərək bütün diqqətini növbəti mövsümə yönəltdiyi bildirilib.
Bu mövsüm zədə problemi səbəbindən 2 matçda 109 dəqiqə meydanda olan Boey bu matçlarda hesaba töhfə verə bilməyib.
