“Bavariya”nın hücumçusu İngiltərə klubunun hədəfində
08.01.2024 , 13:49

“Bavariya”nın hücumçusu Erik-Şupo Motinq üçün yeni talib çıxıb.
Korner.az xəbər verir ki, onunla “Mançester Yunayted” maraqlanır.
Kamerunlu hücumçu özü də “Bavariya”dan ayrılmağa hazırlaşır.
Tərəflər arasında yaxın zamanda danışıqların olacağı gözlənilir.
