Almaniyanın "Bavariya" klubunun futbolçusu Breno həbs edilib. Korner.az-ın məlumatına görə, buna səbəb braziliyalı futbolçunun öz evini yandırılmasıdı. Belə ki, Breno 2011-ci ilin 20 sentyabrında yaşadığı evi yandırıb. Bir müddətdi məhkəmə qarşısında olan futbolçu üçün dövlət ittihamçısı Nikolaus Lans 5 il 6 ay iş istəyib. Lakin Münhen məhkəməsi ona 3 il 9 ay həbs cəzası verib.
Qeyd edək ki, Breno məhkəmə qərarı açıqlanmadan az öncə “Bavariya” klubundan və evin sahibindən yaşanan olaylara görə üzr istəmişdi.