“Bavariya”nın futbolçusu Fransa klubunun hədəfində
16.06.2020 , 19:58
“Bavariya”nın futbolçusu Lukas Hernandes karyerasını Fransada davam etdirə bilər.
Korner.az xəbər verir ki, PSJ 24 yaşlı müdafiəçi ilə maraqlanır.
Bildirilib ki, Paris təmsilçisi onu klubdan ayrılacağı gözlənilən Tiaqo Silvanın əvəzləyicisi hesab edir.
Qeyd edək ki, Hernandes bu mövsüm Bundesliqada 16 matçda meydana çıxıb.