“Ayazı əsas komandaya qaytarmaq planımız yoxdu”
16.06.2020 , 19:21
Rusiyanın “Spartak” klubunun baş məşqçisi Domeniko Tedesko əvəzedici heyətə göndərilən azərbaycanlı futbolçu Ayaz Quliyev haqda danışıb.
Korner.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin bu mövsümün sonuna kimi əsas komandaya qayıtmasının gündəmdə olmadığını deyib:
“Ayazla problemimiz oldu, o, hazırda əsas komandada deyil. Amma klub daxilində baş verənlər komandada qalmalıdı. Bunu ictimaiyyətə açıqlamırıq. Hazırda onun qayıtmasını planlaşdırmırıq. Ancaq hər şey mümkündü, qapılar hər zaman açıqdır. Bu, bizim üçün problem deyil, amma təkrar edirəm, hazırda onu geri qaytarmaq planları yoxdu”.
Ayaz Quliyev nizam-intizam qaydalarını pozduğu üçün əvəzedici heyətə göndərilib.