“Bavariya”nın 2 zədəlisi məşqlərə başladı
04.03.2024 , 23:31

“Latsio” ilə qarşılaşacaq “Bavariya”da zədəli olan Saça Boey meydana qayıtmaq üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, fransalı müdafiəçi artıq topla məşqlərə başlayıb.
Klubun yaydığı açıqlamada, komandanın digər zədəli futbolçusu Noussair Mazraouinin də Boey kimi məşqlərə qayıtdığı bildirilib.
