“Bavariya”nı o çalışdıracaq
24.04.2024 , 15:23
Mövsümün sonunda baş məşqçisi Tomas Tuxel ilə yollarını ayıracaq “Bavariya” yeni namizəd axtarışını davam etdirir.
Korner.az xəbər verir ki, Münhen klubu Ralf Ranqniki baş məşqçi postuna gətirməyi düşünür.
Bu barədə “Bild” məlumat yayıb.
Xəbərdə, tərəflərin bütün şərtlərdə razılığa gəldiyi bildirilir.
“Bavariya”nı düşündürən ilk şey Ranqnikin ən tez iyulun ortalarında komandaya rəhbərlik edəcəyidir.
Karyerası ərzində “Şalke 04”, “Hoffenhaym”, “RB Leypsiq” və “Mançester Yunayted” klublarını çalışdırmış Ralf Ranqnik 2022-ci il iyunun 1-dən Avstriyaya rəhbərlik edir.
Mina Musayeva