“Bavariya”dan Sane qərarı
30.04.2024 , 23:11

“Bavariya” Leroy Sane ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi futbolçunun müqavilə müddətini uzadacaq.
Tərəflər arasında artıq razılığın əldə olunduğu bildirilir.
Sanenin hazırkı sözləşməsinin müddəti 2025-ci ilə qədərdir.
