“Bavariya” onu transfer edəcək
10.01.2024 , 23:37
“Bavariya” yeni transferə hazırlaşır.
Korner.az xəbər verir ki, klub “Marsel”in müdafiəçisi Conatan Klossu heyətinə cəlb etmək istəyir.
31 yaşlı oyunçu 2022-ci ilin yayından bəri “Marsel”də çıxış edir.
O, bu mövsüm 25 oyunda 2 qol vurub və 7 məhsuldar ötürmə edib.