Avrokuboklar

BATE-nin baş məşqiçi: “Məğlub olsaq, sürpriz olacaq”

06.08.2018 , 18:59

Çempionlar Liqası III təsnifat mərhələsində “Qarabağ” BATE ilə qarşılaşacaq. Oyun avqust ayının 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oyundan öncə BATE-nin baş məşqçisi Aleksey Baha oyunöncəsi mətbuat konfransında iştirak edib. O, matç haqda fikirlərini bildirib:

– “Qarabağ” haqda nə düşünürsünüz? Sizə uyğun rəqibdirmi?
– “Qarabağ” təcrübəli güclü komandaadır. Çempionlar Liqası qrup mərhələsi təcrübələri var. Komandaya Qurban Qurbanov kimi mütəxəssis rəhbərlik edir. Kiminlə oynadığımızı yaxşı bilirik. Ancaq şansları bərabər sayıram.

– Azərbaycana səyahət komandaya nə dərəcədə təsir edəcək?
– Avrokubolarda iştirak edən komandalar buna hazır olmalıdır. Bu normal hadisədir. Səfərlər uzun olur. Bu səfərlər heç bir əks-təsir göstərməyəcək.

– HİK-lə oyuna barmaqarası yanaşırdınız, yoxsa BATE-nin bacardığı bu idi?
– Dediyinizin heç biri. Rəqib güclü idi. Bir çox qol epizodlarından istifadə edə bilmədik. Cavab oyununda istədiyimizi etdik.

– Rəsmi saytda olan sorğuda azarkeşlərinizin bir hissəsi “Qarabağ” səddini keçə biləcəyinzə inanmır?
– Bizim rəsmi saytda elə sorğu olmayıb.

– “Qarabağ”ın kapitanı Rəşad Sadıqov ilk oyunun Bakıda keçirilməsi BATE üçün üstünlük olduğunu deyib. Bununla razılaşırsız?
– Bu barədə söz demək çətindi. “Qarabağ”ın kapitanı da təcrübəli futbolçudu. Onunla razılaşmamaq düzgün deyil.

– “Qarabağ”ın ötən mösüm ÇL-daki oyunlarını izləmisinizmi?
– Hamısını. İşimiz budur.

– Həmin oyunlardaki hansı “Qarabağ”la oynamaq istəməzdiniz?
– “Qarabağ ötən turnirdə Avropanın ən nüfuzu turnirində iştirak edirdi. Ona görə də çətin sualdı. Komanda çempionata yaxşı hazırlaşmışdı.

– Aftandil Hacıyev və Ayxan Abbasovla birlikdə PRO kateqoriyalı dərslərdə olmusunuz. Onlardan hər hansı məlumat əldə etmisinizmi?
– Əlaqə saxlamışam, ancaq tamamilə başqa mövzuda danışmışıq. Tədris vaxtı bizə futbol kifayət edib.

– “Qarabağ” məğlub olsa, bizim üçün sürpriz olacaq, bəs BATE məğlub olsa, sizin üçün bu nəticəni sürpriz saymaq olar?
– Biz də məğlub olsaq, sürpriz olacaq. Maksimum oyuna hazırlaşmalıyıq.

– PSV ilə qarşılaşacağınızı bildikdən sonra motivasiyanız azaldı, yoxsa necə?
– Bu haqda danışmaq çox tezdi.

– Belarus çempionatı davam edir. Bu sizin üçün üstünlükdürmü?
– Həm hə, həm yox. “Qarabağ” da keyifyyətli oyunlar keçirib. Yaxşı formadadılar. Ona görə də, bu haqda danışmaq çətindi.

Son yazılar

Yuxarı