Türkiyə millisi ilə yanaşı, “Bayer” (Leverkuzen), “Herta” (Berlin), “Ştutqart” kimi məşhur klublarda forma geyinmiş və ötən il karyerasını tamamlamış Yıldıray Baştürk Çempionlar Liqası çərçivəsində bu gün keçiriləcək “Qalatasaray” – “Şalke” matçıöncəsi fikirlərini bölüşüb.
Korner.az-ın məlumatına görə, veteran futbolçu almanların “Cim-Bom” qarşısında şanslarının çox az olduğunu deyib.
“Mavi-ağlar”ın İstanbula heç-heçə üçün gələcəklərini deyən Baştürk rəqibin baş məşqçisinin təcrübəsizliyini də qeyd edib: “İstanbulda bərabərlik onlar üçün böyük uğurdu. Üstəlik, bu aralar çox pis vəziyyətdədilər. Baş məşqçi postuina Hans Kelleri gətiriblər. Onunla “Ştutqart”da oynayarkən işləmişəm. Gənc və təcrübəsizdi. “Qalatasaray” heç vaxt “Şalke”ni bu cür pis vəziyyətdə görə bilməzdi”.