Basketboldan doymayan adam – Karter “Atlanta”ya keçib
26.07.2018 , 13:57

Əfsanəvi basketbolçu Vins Karter daha bir il NBA-da olacaq.
41 yaşlı hücum edən müdafiəçi (Shooting Guard) “Atlanta” ilə müqavilə imzalayıb. Müddəti bir il olan sazişin dəyəri 2,4 milyon dollardır.
Ötən mövsümü “Sakramento Kinqz”də keçirən Karter üçün növbəti mövsüm sayca 21-ci olacaq.
