Baş məşqçini göndərirlər
06.03.2024 , 12:34

“Qaziantep” baş məşqçisi Marius Sumudiça ilə yollarını ayıracaq.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, klub rəhbərliyinin komandanın Super Liqadakı çıxışından narazı olduğu bildirilib.
“Qaziantep” çempionatda son 11 oyunda cəmi 1 qələbə qazanıb, 4 dəfə məğlub olub.
