Baş məşqçi təklifə “yox” dedi
11.03.2024 , 23:28

“Jirona”nın baş məşqçisi Miçel “Çelsi”nin təklifindən imtina edib.
Korner.az xəbər verir ki, London klubu onu baş məşqçi postuna gətirməyi düşünürdü.
Lakin ispaniyalı mütəxəssis “Jirona”dan ayrılmaq fikrində olmadığı və onlarla Çempionlar Liqasında oynamaq istədiyi üçün bu təklifi rədd edib.
