Baş məşqçi ilə yeni müqavilə
23.05.2024 , 12:16

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandasının baş məşqçisi Boris Qrebennikovun müqaviləsinin müddəti uzadılıb.
Korner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Təcrübəli mütəxəssisin sözləşməsi daha 1 illik artırılıb.
Onun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişaf etdirilməsi yolunda fəaliyyətini davam etdirməkdir.
