"İspaniyanın "Barselona" klubu "Valensiya"nn futbolçusu Jordi Albanı rəsmən heyətinə qatıb. Korner.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan sol cinah müdafiəçisi "Barselona"ya gəldiyi üçün xoşbəxt olduğunu bildirib:
"Evimə geri qayıtdım. Burada ailə və dostlarım var. Keçən ay mənim üçün yuxu kimi keçdi. Dünyanın ən yaxşı komandasında meydana çıxacağım günü gözləyirəm. "Barsa" həm də yaxşı futbolçulara malik bir klubdur. Onları dəstəkləyən yaxşı azarkeşləri var. Buradan getdiyimdə 15 yaşımda idim. Yaxşı ki, yenə geri döndüm".
