“Barselona”nın yeni transfer hədəfi
28.03.2024 , 23:47

“Everton”un yarımmüdafiəçisi Amadu Onana üçün yeni talib çıxıb.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İspaniyada davam etdirə bilər.
Onunla “Barselona” yaxından maraqlanır.
Onananın “Everton”la müqaviləsi 2027-ci ilə qədərdir. O, bu mövsüm 29 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
